Rusiyada zəlzələ olub
Rusiyanın Kamçatka diyarında 4,5 bal gücündə zəlzələ olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “İnterfax” məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 00:31-də Komandor adaları yaxınlığında, 62,5 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntı və xəsarət alanlar barəsində məlumat yoxdur.
Short URL: http://www.cumhuriyyet.net/?p=98898