“Qarabağ” braziliyalı futbolçu transfer etdi

31.08.2017 - 11:09

“Qarabağ” braziliyalı futbolçunun transferini bitirmək üzrədi. Cumhuriyyet.az Fanat.az-a istinadən xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Bildirilir ki, PAOK-un futbolçusu Pedro Enrikenin keçidi üçün aparılan danışıqlar yekunlaşıb. Klublar arasındakı anlaşmaya əsasən braziliyalı yarımmüdafiəçi “Qarabağ”da mövsümün sonunadək icarə əsasında çıxış edəcək. Hazırda müqavilənin kiçik detalları müzakirə edilir və tezliklə keçid rəsmiləşəcək.

Qeyd edək ki, “Qarabağ”ın braziliyalını bir illik icarəyə götürmək və sonradan 3 milyon avro ödəməklə transfer hüququnu almaq istədiyi deyilir.

Pedro Enrike Braziliyanın “Avenida” və “Kaxias” klublarında oynadıqdan sonra  2012-ci ildə İsveçrənin “Sürix” klubuna keçib. O, 2014-cü ildə Fransanın “Renn” klubuna 400 min avroya transfer olunb. PAOK isə bu ilin yanvarında 27 yaşlı yarımmüdafiəçini 1,6 milyon avroya alıb. Hazırda “Transfermarkt” ona 3 milyon avro qiymət qoyub.

Short URL: http://www.cumhuriyyet.net/?p=98928

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31