Sabah külək əsəcək?

04.09.2017 - 16:57

Sentyabrın 5-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Qafqazinfo”ya verilən xəbərə görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 21-24° isti, gündüz 29-34° isti, Bakıda gecə 22-24°, gündüz 32-34° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°,Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 32-37° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=98986

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31