Mixeil Saakaşvili qaldığı hoteldən yoxa çıxıb

13.09.2017 - 12:10

Odessanın sabiq qubernatoru Mixeil Saakaşvili gecə saatlarında Lvovda qaldığı hoteldən naməlum istiqamətdə yola çıxıb.

Ölkə.Az məlumat verir ki, bu barədə Ukrayna mətbuatı xəbər yayıb. Axşam saatlarında Saakaşvilinin qaldığı hotelin foyesində izdiham olub. Onlar arasında eks-qubernatorun mühafizəçiləri və silahdaşları olub. Sonra isə onlar qəflətən küçəyə çıxıblar və “Donbass” batalyonunun mikroavtobusu və digər nəqliyyat vasitələrinə əyləşərək, naməlum istiqamətdə hərəkət ediblər.

Saakaşvilinin bir neçə cangüdəni hoteldə qalaraq, jurnalistlərə bildiriblər ki, siyasətçi heç yerə getmək fikrində deyil və hoteldə gecələyəcək. Amma qəflətən liftdən çıxan Mixeil hotel qapısından çölə çıxıb. Mühafizəçi Saakaşvilinin iş dalınca getdiyini bildirib. Bir müddət sonra mikroavtobus hotelə qayıdıb. Amma jurnalistlər Saakaşvili və nümayəndə heyətini görə bilməyiblər. Hotelin işçiləri də siyasətçinin geri qayıtmadığını bildiriblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=99367

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:070 240 46 53
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930