Daha bir Federasiya maaş verə bilmir – DÜNYA ÇEMPİONATINDAN İMTİNA EDİLDİ

18.10.2017 - 16:59
Azərbaycan Karate Federasiyası növbəti dəfə maaş problemi ilə üz-üzə qalıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, sponsorsuz qaldığı üçün yanvar ayından Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşən qurum uzun müddətdir ki, maaş üzünə həsrətdir. Hazırda federasiya pulsuzluq üzündən yarışlardan da kənar qalıb.
İdmançılar yarışlara öz ciblərindən pul xərcləyərək gedirlər. Yəni, özünün başqa yerdən gəliri, imkanı olan karateçilər yarışlarda iştirak edə bilirlər.
Məlumatda o da bildirilir ki, AMKF nazirliyin ayırdığı pulla iyulda keçirilən yarışa tamheyətlə gedə bilməmişdir. Millinin sadəcə yarısı həmin yarışa qatıla bilmişdi. Pulsuzluq o həddə çatıb ki, federasiyanın həm icarə haqqı, həm də vergi borcu yaranıb.
Məsələ ilə bağlı AMKF-nin mətbuat katibi Sənan Məhərrəmov Unikal.org-a açıqlamasında maaşların gecikdiyini təsdiqləyib: “Düzdür, maaşlarda 6 aya yaxındır ki, gecikmə var. Biz mayda aprelin maaşını almışıq. Həmin gündən sonra maaş almamışıq. Federasiyanın prezidentindən, idmançısından tutumuş digər işçilərinə qədər heç kimə maaş verilməyib. Oktyabrın sonlarında İspaniyada Gənclər üzrə Dünya çempionatı keçiriləcək. Maliyyə olmadığı üçün yarışa idmançı göndərə bilmirik. İslamiadaya qədər problemsiz şəkildə federasiyaya pul ödənilirdi”.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=101775

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930