DTX Bakıda əməliyyat keçirdi: radikal dindarlar həbs edildi

18.10.2017 - 18:14

Paytaxtda iki ünvanda qanunazidd qaydada dini ayinlərin icrası aşkar edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK)  verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və yerli icra hakimiyyəti orqanları əməkdaşlarının birgə iştirakı ilə dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə “Binəqədi rayonu dini icması” (Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahim Dadaşov küçəsi) və “İrfan dini icması”na (Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti, ev 15) baxış keçirilib.

Baxış əsnasında hər iki ünvanda qanunazidd qaydada dini ayinlərin icrası aşkar edilib.

Adıçəkilən dini icmalarda qeyri-qanuni olaraq dini ayin icra edən Əhədov Cəlal Zakir oğlu, Həsənzadə Ramin Abdulla oğlu barəsində DQİDK-nın əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2. və 515.0.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=101786

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930