Minarə Tahirova vəfat etdi

20.10.2017 - 12:36

Azərbaycan təhsilinə ağır itki üz verib. “Şöhrət” ordenli pedaqoq Sumqayıt təhsilində verdiyi töhfələrlə iz buraxmış Minarə Tahirova vəfat edib. Cumhuriyyet.az xeberle.com-a istinadən xəbər verir ki, 81 yaşlı pedaqoqun vəziyyəti pisləşib və aparılan reanimasyon tədbirlərə baxmayaraq M.Tahirovanı xilas etmək mümkün olmayıb.

Minarə Məmməd qızı Tahirova 1936-cı ildə Göyçayda ziyalı ailəsində anadan olub. 1954-cü ildə o vaxtkı APİ-nin tarix fakültəsinə daxil olub. 1959-cu ildən bu günə qədər taleyini Sumqayıtla bağlayıb. Əvvəlcə 12 saylı məktəbdə ibtidai sinif müəllimi, sonra indiki 10 saylı məktəbdə direktor müavini, 23 saylı məktəbdə direktor vəzifəsidə çalışmışdır. 1981-1983-cü illərdə şəhər təhsil şöbəsinin müdiri, 1983-1986-cı illərdə Sumqayıt şəhər Partiya Komitəsinin katibi vəzifəsində işləyib. 1987-ci ildən 2011-ci ilədək N.Gəncəvi adına TTEL-in direktoru işləyib. “Əmək igidliyinə görə”, “Əməkdə fərqlənməyə görə”, “SSRI təhsil əlaçısı”, “Respublika qabaqcıl maarif xadimi” döş nişanları ilə təltif olunub. 2000-ci ilin 18 martında Prezidentin fərmanı ilə “Əməkdar müəllim” adına layiq görülüb, prezident təqaüdçüsüdür.

2006-cı ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=101947

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930