Mesenat milyonçu Tağıyevin 130 illik imarəti məhv olur – Video

15.12.2017 - 14:00

Sağlığında hər kəsə əl tutan, xeyriyyə işləri ilə çox tikililəri abad edən Tağıyevin öz bağ evi hazırda baxımsız vəziyyətdədir. 

Baku.ws-in müxbirinin Tağıyevin bağ evində apardığı çəkiliş zamanı məlum oldu ki, ev viran qalmış vəziyyətdədir.

Böyük xeyriyyəçinin villası Mərdakanda 9 nömrəli Xüsusiləşdirilmiş Ağciyər xəstəxanasında yerləşir. Xəstəxanın həyəti təmirli olsa da, Hacının ömrünün son günlərini yaşadığı bağ evi haqqında bu sözü demək olmaz.

1920-ci ildə Hacının bağ evi Tağıyevlər ailəsinin əlindən alındıqdan sonra bolşeviklər oranı mərkəz kimi istifadə edib. 2-ci dünya müharibəsi illərində bu ev hospital kimi istifadə olunub. Sonra bina 2 saylı Ağciyər xəstəliklərid Dispanserinə cevrilib. Əsrin sonlarında isə orada Qarabağ müharibəsi zamanı Laçın rayonundan olan məcburi köçkünlər yerləşdirilib.

Qeyd edək ki, bina 1890-cı illərdə mülki mühəndis Yuzef Qoslavski tərəfindən inşa olunub. Hacı Zeynalabdin Tağıyev ömrünün son düvrünü bu binada keçirib. Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişib. İnsanların mülküyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır, hər şey Rusiyanın maraqlarına yönəlir. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. Bütün mülkləri əlindən alınan Tağıyev artıq əlindən alınmış keçmiş mülkiyyətlərindən ancaq Mərdəkandakı bağ evini seçir. Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də, 101 yaşında vəfat edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=107414

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930