Türk Şahinləri Bakı səmasında uçacaq – VİDEO
Türkiyə Silahlı Qüvvələri Komandanlığının tabeliyindəki “SOLO Türk”ün (Türk Şahinləri) (F-16-lardan ibarətdir) builki uçuş təqvimi bəlli olub. Oxu.Az xəbər verir ki, komanda təqvimi hazırladığı video ilə elan edib.
Komanda 23 martda Pakistan səmasında uçuşla nümayiş təqviminin icrasına başlayacaq. 23-24 mayda Qazaxıstan səmasını bəzəyəcək Türk Şahinləri 27-28 mayda Bakının göy üzü ilə qovuşacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=115658