7 vəkil cəzalandırıldı

14.12.2018 - 11:03

Dekabrın 13-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib. İclasda Vəkillər Kollegiyasının “Hüquqi yardım və tədris mərkəzi”nin yaradılması barədə qərar qəbul edilib.

İclasda vəkillər barəsində başlanılmış 40 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, üzrlü səbəb olmadan üzvlük haqqının 6 aydan artıq müddətə ödənilməməsi səbəbilə 2 vəkilin fəaliyyətinin dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət olunması barədə qərər qəbul olunub.

Həmçinin 3 vəkilə töhmət, 2 vəkilə xəbərdarlıq verilib, 27 iş üzrə isə pozuntu aşkar edilmədiyi, həmçinin daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilib, 6 intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=125531

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930