Bakıda 2 nəfərin güllələnməsinə rəsmi – Açıqlama

28.12.2018 - 11:53

Bakıda baş verən güllələnmə hadisəsilə bağlı cinayət işi başlanıb.

Trend.az-in verdiyi məlumata görə, faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Xatırladaq ki, dekabrın 27-də axşam saatlarında Bakının Nizami rayonu. Keşlə qəsəbəsində Bakı şəhər sakinləri, 1991-ci il təvəllüdlü Babayev Tural Rəhim oğlu və 1988-ci il təvəllüdlü Bağırov Asif Adışirin oğlu naməlum şəxslər tərəfindən odlu silahla güllələnib.

T.Babayev 3 saylı şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib, A. Bağırov isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisə ilə bağlı hələlik saxlanılan yoxdur.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=126037

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930