Başçı müavininin otağında oğurluq
Ucar Rayon İcra Hakimiyyətinin binasında icra başçısının birinci müavini Əliş Cəbrayılovun kabinetindən oğurluğa cəhd olub
Naməlum şəxs kabinetə daxil olaraq orada olan seyfi kəsməyə cəhd göstərib. Hadisə zamanı İcra Hakimiyyətinin mühafizəçiləri kabinetə daxil olduğundan həmin şəxs qaçmağa nail olub.
Əməliyyat nəticəsində oğurluğa cəhd edən şəxsin Göyçay rayon sakini, 30 yaşlıKənan İsmayılov olduğu məlum olub. O, saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.“Report”
Short URL: http://www.cumhuriyyet.net/?p=126192