Babək yenə yol çökdü: maşın çuxura düşdü
Bakının Babək prospektində asfalt örtüyü yenidən çöküb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə yanvarın 31-i axşam saatlarında baş verib.
Yolun çökməsi nəticəsində dərin çuxur yaranıb. Hərəkətdə olan minik avtomobili çuxura düşüb.
Qeyd edək ki, prospekt aylardır aparılan yenidənqurma işlərindən sonra ötən il dekabrın 10-da sürücülərin istifadəsinə verilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=126642