Ağ Ev 4 iyul paradına paslanmış tankları çıxarıb

04.07.2019 - 17:45

Bu gün ABŞ-ın dövlət müstəqilliyi günüdür.

Birləşmiş Ştatlar prezidenti Donald Tramp son 30 ildə ilk dəfə bayramı hərbi paradla qeyd etmək qərarına gəlib.

Lakin xarici agentliklərin yazıdğına görə, bayramda nümayiş etdiriləcək hərbi maşınlar paslı və silahsızdır.

Qeyd olunur ki, paytaxt Vaşinqtonda Linkoln memorialının qarşısına qoyulan iki “Bredli” PDM-də köhnə və pasların olduğu aşkar görünür. Maşınlaırn üzərindəki 25 millimetrlik pulemyotun lüləsi çıxarılıb, onun yerinə isə yaşıl skoç yapışdırılıb. Maşınların qülləsindəki optik cihazlar da yoxdur, onu skoçla bərkidilmiş kartonla örtüblər.

Bundan başqa şəhərin küçələrində iki “Abrams” tankı, “Humvee” zirehli maşın, “M88” zirehli təmir-evakuasiya maşını da eyni görünüşdə gözə dəyir. Pentaqon isə onların Milli Xiyabana gətirilməzdən qabaq təmizləndiyini bildirib.

Hərbi maşınlar paytaxta gətirildikdən sonra “CodePink” hərb əleyhinə hərəkatın fəalçıları nümayiş keçiriblər. Onlar milli bayramın hərbiləşdirilməsinə etiraz ediblər.

Aktivistlər maşınlara “Sağ olun, lakin tanklar lazım deyil” (ingilizcə: T’anks, but no tanks) plakatları iə yaxınlaşıblar. Bundan başqa, onlar ABŞ prezidentini də “unutmayıblar. Piketçilərin əllərində”uşaq bezi ilə əlində mobil telefon olan, qəzəblənmiş körpə Tramp” oyuncaqları olub.

CNN-in verdiyi xəbərə görə, bu gün ABŞ prezidneti Donald Tramp Linkoln memorilaında giriş sözü ilə çıxış edəcək. Dövlət başçısının ölkəsini hərbi qüdrəti, sahil mühafizə xidməti, hərbi-hava qüvvələri,dəniz piyadaları korpusu haqqında danışması gözlənilir.

Çıxış zamanı şəhərindən üzərindən hərbi qırıcılar və helikoperlər də uçurlacaq.

Musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=129194

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930