cumhuriyyet.net
“İnterpol”un axtardığı Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı • Cumhuriyyət
Gürcüstanın Axalkalaki rayonunda Azərbaycan vətəndaşı saxlanılıb. “Report” xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Saxlanılan 1989-cu il təvəllüdlü T.Q. adlı şəxs “İnterpol”un “qırmızı xətti” ilə axtarışda olub. Azərbaycan vətəndaşı qəsdən qətl törətməkdə şübhəli bilinir. O, 2015-ci ildən axtarışda olub. Saxlanılan şəxsin Azərbaycana ekstradisiya olunması istiqamətində ilkin tədbirlər həyata keçirilir.
nesimi