Mədəniyyət naziri Qazaxıstanın ölkəmizdəki səfirini qəbul edib – FOTO

01.08.2019 - 17:57

Avqustun 1-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayevi səlahiyyət müddətinin sona çatması münasibətilə qəbul etdi.

Səfir Beybit İsabaev Azərbaycanda çalışdığı müddət ərzində ölkələrimiz arasında mədəniyyətin qarşılıqlı maraq kəsb edən sahələrində əməkdaşlıqdan və həyata keçirilmiş işlərdən söhbət açdı. Səfir ölkəmizdəki diplomatik fəaliyyəti dövründə keçirilən çoxsaylı tədbirlərin xalqlarımızın daha da yaxınlaşması baxımından əhəmiyyətini vurğuladı.

Əbülfəs Qarayev Azərbaycan-Qazaxıstan arasında mədəniyyət sahəsində ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırdı və ölkələrimizin bir-birinə qarşılıqlı dəstək verməsindən məmnunluğunu dilə gətirdi.

Nazir Azərbaycanda səfir kimi səlahiyyət müddətinin başa çatan Beybit İsabayevə cansağlığı və gələcək fəaliyyətində uğurlar arzuladı.

Görüşün sonunda səfir qəbula görə Əbülfəs Qarayevə minnətdarlığını bildirdi, bundan sonra da iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində əlindən gələni əsirgəməyəcəyini qeyd etdi. Beybit İsabayev həmçinin Azərbaycanı daim xoş təəssüratla xatırlayacağını bildirdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=131240

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930