Kiprdə Azərbaycana qarşı növbəti təxribat – “Qarabağ”ın oyununda erməni bayrağı

07.08.2019 - 13:44

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin Kiprin paytaxtı Nikosiyada keçirilən APOEL – “Qarabağ” oyununda təxribata əl atılıb.

Oxu.Az-ın xəbərinə görə, oyunun keçirildiyi QSP arenasında meydanın “Qarabağ”a aid olan hissəsinə yaxın yerdə Yunanıstan bayrağı ilə yanaşı Ermənistan bayrağı da asılıb.

Hazırda Kiprdə olan “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov  Oxu.Az-a açıqlamasında belə deyib: “O bayraqdan xəbərimiz var. Biz daha əvvəl də bu barədə UEFA nümayəndələri ilə danışmışıq. Əgər qondarma Dağlıq Qarabağ bayrağı olsaydı, onu deyib yığışdırmaq olardı. Amma Ermənistan müstəqil dövlət olduğu üçün təəssüf ki, buna qarışmaq imkanımız yoxdur”.

Qeyd edək ki, daha əvvəllər də Azərbaycan klubları bu ölkədə oynayarkən Kipr yunanları və ermənilərin təxribatı ilə üzləşib. Belə ki, “Neftçi”nin APOEL və “Qəbələ”nin “Apollon”la görüşlərində Azərbaycan bayrağı yandırılıb, qondarma Dağlıq Qarabağın bayrağı yüksəldilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=131827

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930