BMT: Yer kürəsində kütləvi aclığa cəmi 2 dərəcə qalıb

08.08.2019 - 19:44

Yer kürəsinin əhalisi artır, bununla eyni vaxtda planetimizin ehtiyatları da fəlakət sürətilə bitir. Iqlim dəyişiklikləri sayəsində bəşəriyyəti hər kəsin ac qalacağı xoşagəlməz gələcək gözləyir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, BMT-nin İqlim dəyişiklikləri üzrə ekspertlər qrupu (IPCC) bu gün mövzu ilə bağlı, həmçinin Yer səthindən istifadənin iqlimə təsiri ilə əlaqədar xüsusi hesabat yayıb.

Sənəd üzərində 53 ölkədən103 mütəxəssis çalışıb.

Alimlər qrupunun diqqət mərkəzində torpaq və meşələrin iqlimlə qarşılıqlı əlaqəsi və burada aparılan işlərin neqativ effekti olub.

Eskpertlərin dəyərləndirmələrinə əsasən, qlobal temperaturun 2 dərəcə daha qalxması nəticəsində Yerin münbit torpaqları səhralara çevriləcək, daimi donuq infrastrukturun hökm sürdüyü rayonların dağılması prosesi baş verəcək, quraqlıq və ekstremal hava şəraiti qida məhsullarının istehsalı və becərilməsini təhdid edəcək.

Parisdə keçirilən elmi konfransda iştirakçılar təcili olaraq istixana qazlarının, o cümlədən kömürdən, neftdən və təbii qazdan istifadənin azaldılmasına çağrıblar.

Onların rəyinə görə, əvvəllər Yer kürəsinin insan əli dəyməyən quru sahəsinin 70%-i artıq qida, geyim və yanacaq məhsullarının istehsalı üçün istifadə edilir. Kənd təsərrüfatında taxıl əkimi, heyvandarlıqla əlaqədar təbiətə hədsiz yüklənmə isə planetdəki meşələrin 70%-nin yoxa çıxmasına səbəb olub.

Похожее изображение

Özü də insanlar otlaqların və savannaların sabit iqlim üçün əsas şərt olduğunu unudurlar. Bu ağac və kol olmayan geniş ərazilər zəhərli qazları içinə çəkir və ekoloji təmizlik yaradır. Bundan başqa, başqa onlar mal-qara sürülərinin meşələrin qırmadan qidalanmasına və yetişdirilməsinə kömək edir. İndi bunlaırn taxıl sahələrinə çevrilməsi atmosferə zəhərli maddələrin yayılmasını sürətləndirir. “Hazırda hər kəs meşələrdən danışsa da, əsas diqqət savanna və otlaqlara yönəlməlidir”,-deyə Ümumdünya vəhşi təbiət fondundan (WWF). Juan Kampari qeyd edir.

Verilən məlumatlarda göstərildiyi kimi, təkcə ABŞ-da istixana qazlarının atmosferə buraxılması bu templə davam edərsə, yaxın 60 ildə iqlim dəyişiklikləri taxıl və soya istehsalını 80%-ni azaldacaq.

Bundan başqa, atmosferdə CO2-nin artması qida məhsullarının keyfiyyətinə də neqativ təsir göstərəcək. Artıq indidən 821 milyon insan aclıqdan əziyyət çəkir, 1,5 milyard insan isə yaşamaq üçün zəruri sayılan dəmir və sink kimi maddələri özündə tutan qidalardan məhrumdur.

“Meşələrin qırılmasını və yeni torpaq sahələrinin kənd təsərrüfatına ayrılması prosesini dayandırmaq lazımdır”,-deyə Juan Kampari həyəcan təbili çalıb.

Digər çıxış yollarında biri də böyük ərazilərdə eyni əkin növlərinin becərilməsindən imtina edilməsidir. Müxtəlif növ bitkilərn eyni bölgədə yetirşdirilməsi olduqca vacibdir. Bu zəhərli qazların əriməsinə, torpaq sahələrin münbitliyinin artmasına kömək göstərəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=131909

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930