Ermənistanda ilk koronavirusa yoluxma halı qeydə alınıb

02.03.2020 - 19:17

Bazar günü Ermənistanda ilk koronavirusa yoluxma halı aşkarlanandan sonra Ermənistan İranla sərhəd rejimini sərtləşdirməyi qərara alıb.

Bunu bazar ertəsi Koronavirusun Yayılmasının Qarşısını Alınması komissiyasının iclasından sonra Baş nazir Nikol Paşinyan bəyan edib.

Martın 1-də İrandan Ermənistana qayıtmış 29 yaşlı Ermənistan vətəndaşının Covid-19 virusuna yoluxması testi müsbət nəticə verib. Bu, Ermənistanda qeydə alınan ilk koronavirusa yoluxma halıdır.

Həmin vətəndaş həyat yoldaşı ilə Tehrandan Yerevana fevralın 28-də gəlib. Onun həyat yoldaşında virus müəyyən olunmayıb.

Hazırda koronavirus şübhəsi ilə 32 şəxs Ermənistanın kurort şəhəri Tsaxkadzorda yerləşən Golden Palace hotelində karantinə yerləşdirilib.

“İki həftə müddətinə karantina yerləşdirilən 32 nəfər virusa yoluxan vətəndaşın təyyarədə əyləşdiyi cərgənin ön və arxa cərgələrində oturanlar, həmin şəxsləri aeroportdan Yerevana aparan sürücülər və yoluxmuş vətəndaşı xəstəxanaya aparan təcili yardım maşınının briqadasından ibarətdir,” – səhiyyə naziri Arsen Torosyan izah edib.

Ermənistan Baş naziri qeyd edib ki, bölgədə epidemioloji vəziyyəti nəzərə alaraq, Ermənistan hökuməti Ermənistan-İran sərhədində gediş-gəliş məhdudiyyətləri müddətini uzatmaq və daha da sərtləşdirmək niyyətindədir.

“Biz İranla viza rejiminin müvəqqəti bərpa edilməsi prosesinə başlayırıq və gələcək 5 gün ərzində vəziyyətdən asılı olaraq, qərar qəbul edəcəyik,” – Paşinyan deyib.

Baş nazir Paşinyanın sözlərinə görə, Ermənistanda koronavirusa yeni yoluxma halları qeydə alınmayıb, hazırda 9 testin cavabı gözlənilir və “nəticələri barədə ictimaiyyət mütləq məlumatlandırılacaq,”- Paşinyan deyib.

Vizasız rejim ləğv edilir

Ermənistanla İran arasında vizasız gediş-gəliş rejimi 2016-cı il avqust ayından tətbiq edilir.

İranda Covid-19 virusu səbəbindən ölüm halları baş verdiyindən sonra Ermənistan bu il fevralın 19-dan iki həftə müddətinə yerüstü və hava nəqliyyat kommunikasiyalarını məhdudlaşdırıb. Bu məhdudiyyətlərın Novruz bayramı günləri də qüvvədə qalacağı ehtimal olunur, Ermənistan səhiyyə naziri Arsen Torosyan bildirib. Bu günlər, adətən, Ermənistana minlərlə İran vətəndaşı səfər edir.

Son 10 gün ərzində İrandan Ermənistana gələnlərin sayı təxminən 360 nəfər təşkil edir. Fevralın 19-dan Ermənistanın İrandakı səfirliyi fövqəladə rejimdə işləyir, səfirlikdə qaynar xətt, gecə-gündüz telefon və elektron əlaqə xətləri fəaliyyət göstərir.

Əlavə ehtiyat tədbirləri

Ermənistan hökuməti bir həftə müddətinə təhsil ocaqlarında dərslərə xitam vermək qərarı qəbul edib. Bu barədə ilk məlumatı Baş nazir Paşinyan bazar günü öz Facebook səhifəsində canlı efirdə bildirib.

“Nə baş verdiyini anlamaq üçün bizə müəyyən vaxt lazımdır. Biz yaz tətillərini bir həftə qabağa çəkərik,” – Paşinyan deyib.

“Vətəndaş müqaviləsi” iqtidar partiyasının idarə heyəti isə martın 1-nə təyin olunmuş 2008-ci il hadisələri qurbanlarının xatirəsinə yürüşün ləğv edildiyini bildirib.

2008-ci il prezident seçkilərindən sonra hakimiyyət qüvvələri ilə seçkilərin nəticələrini qəbul etməyən nümayişçilərlə toqquşma nəticəsində 10 nəfər həlak olmuş, 200-dən çoxu xəsarət almışdı. Hər il iğtişaşlar zamanı həlak olanların xatirəsinə yürüş, şam yandırma və hadisə baş verdiyi ərazidə gül-çiçək qoyma tədbirləri təşkil edilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=143402

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930