Gürcüstanda koronavirusa yoluxan ilk şəxs sağaldı
“Bu, çox sevindirici bir hadisədir, ancaq qaydalara əsasən, 24 saat ərzində təkrar müayinə aparılmalıdır”.
“Qafqazinfo” “Jam-news”-a istinadən xəbər verir ki, bu barədə yoluxucu xəstəliklər xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya açıqlama verib.
“Növbəti muayinədən sonra nəticələr təsdiqlənsə, xəstənin həqiqətən sağaldığını demək olar”,- deyə o sözlərinə əlavə edib.
Xatırladaq ki, Gürcüstanda koronavirusa ilk yoluxma faktı 26 fevralda qeydə alınıb. Hazırda ölkədə “Covid-19”-a yoluxanların ümumi sayı 24 nəfər təşkil edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=143897