ABŞ-da bir gündə koronavirusdan 865 nəfər öldü

01.04.2020 - 11:01

ABŞ-da son gün ərzində koronavirusdan ölənlərin sayı 860-ı ötüb.

Bu barədə federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, ölkədə 24 saat ərzində 865 insan dünyasını dəyişib. Qeyd edək ki, bu, Birləşmiş Ştatlar üçün rekord göstəricidir.

Birləşmiş Ştatlarda COVID-19-dan ölənlərin ümumi sayı 3 873 nəfərə çatıb. Universitet bildirib ki, ABŞ-da koronavirusa yoluxanların sayı 188 min nəfər təşkil edir.

“Report” xatırladır ki, epidemiyanın başlanğıcından ilk dəfədir ABŞ-da bir gün ərzində 700-dən çox insan ölüb.

AFP agentliyi isə bildirib ki, bir gün ərzində koronavirusdan dünyada ən böyük ölüm sayı İtaliyada qeydə alınıb. Martın 27-də bu ölkədə 24 saat ərzində 969 nəfər təhlükəli virusun qurbanı olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=144693

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930