Məşhur aktyor da koronavirusdan öldü
Səhnə danışığı üzrə britaniyalı müəllim, “Ulduz müharibələri” filmində rol almış aktyor Endrü Cek koronavirusdan ölüb.
Virtualaz.org bildirir ki, 76 yaşlı aktyor London yaxınlığında yerləşən Müqəddəs Pyotr xəstəxanasında vəfat edib.
Mənbə Endrü Cekin həyat yoldaşı Qabriel Rojersin hazırda Avstraliyada karantində olduğunu da bildirir.
Short URL: http://www.cumhuriyyet.net/?p=144697