Azərbaycanda koronavirusa yoluxanların sayı 600-ü ötdü

06.04.2020 - 13:23

Azərbaycan Respublikasında koronavirusa yoluxanların sayı 602-yə çatıb.

Onlardan 547 nəfərinin paytaxt Bakı və digər bölgələrdə, 17 nəfərinin isə Naxçıvan Muxtar Respublikasındakı xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ümumilikdə, Bakı və bölgələr üzrə indiyə qədər 584 nəfərin, Naxçıvan Muxtar Respublikasında isə 18 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Bakı və bölgələrdə yoluxanlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib. Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş şəxslərdən isə 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Naxçıvan Muxtar Respublikasında isə 1 nəfər sağalaraq evə buraxılıb.

Ümumilikdə, aprelin 5-dək Azərbaycan Respublikası üzrə 45 383 test aparılıb. Bakı və bölgələr üzrə 44 753, Naxçıvan Muxtar Respublikasında isə 630 test aparılıb.

Hazırda Azərbaycanda tətbiq olunan karantin rejiminə uyğun olaraq 2 896 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 536-sı ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir. /”Report”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=144896

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930