Azərbaycan vətəndaşlarının Yaponiyaya girişi qadağan olunacaq

12.05.2020 - 21:14

Yaponiya hökuməti COVID-19 pandemiyası ilə bağlı səyahət məhdudiyyəti tətbiq edilmiş ölkələrin siyahısına aralarında Azərbaycanın da olduğu 13 ölkəni daxil etdi.
Virtualaz.org bildirir ki, ölkənin xarici işlər naziri Toşimitsu Motegi mətbuat konfransı zamanı həmin ölkələrə və ya oradan səfərlərlə bağlı xəbərdarlığı “səviyyə 3” olan ikinci ən yüksək səviyyəyə qaldırdıqlarını qeyd edib.
Adıçəkilən ölkələrdən Yaponiyaya girişə dair məhdudiyyətin müvafiq məşvərətlərdən sonra Milli Təhlükəsizlik Şurası və hökumətin aidiyyəti qurumlarında koronavirusla bağlı növbəti müzakirələr zamanı təsdiqlənərək iki həftə müddətinə tətbiq ediləcəyi bildirilir. Həmin ölkələr sırasında Azərbaycandan başqa, Qazaxıstan, Maldiv, Meksika, Kolumbiya, Uruqvay, Honduras və Afrikanın 5 ölkəsi olduğu diqqətə çatdırılıb.
Sözügedən qərarla “səviyyə 3” xəbərdarlığının şamil olduğu ölkə və bölgələrin sayı 100-ə çatdırılacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=146520

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930