“Formula-1” üzrə Azərbaycan Qran-prisinin yeni tarixi bəlli olub

28.05.2020 - 13:00

“Formula-1” üzrə dünya çempionatı Qran-Prilərinin yeni təqvimi açıqlanıb.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, koronavirus pandemiyası səbəbindən dayandırılan və ləğv edilən yarışın iyulun əvvəllərində startı planlaşdırılır.

İlk olaraq iyulun 5-də və 12-də Avstriya Qran-Prisi keçirilməlidir. Yarışın Azərbaycan mərhələsi sentyabrın 20-də baş tutacaq. Əvvəlcə həmin tarixdə Bakıda yalnız “Formula-2″nin keçiriləcəyi dəqiqləşmişdisə, təşkilatçılar artıq “Formula-1”in də həmin vaxt ölkəmizdə baş tutmasını nəzərdə tutur.

Dünya çempionatının Avropa bölümünün yekun təqviminin iyunun 1-də açıqlanması gözlənilir. Hazırkı duruma əsasən təqvim aşağıdakı kimi formalaşıb:

5 iyul – Avstriya 12 iyul – Avstriya 19 iyul – Macarıstan 2 avqust – Böyük Britaniya 9 avqust – Böyük Britaniya 16 avqust – İspaniya 30 avqust – Belçika 6 sentyabr – İtaliya 20 sentyabr – Azərbaycan 27 sentyabr – Rusiya 4 oktyabr – Çin 11 oktyabr – Yaponiya 25 oktyabr – ABŞ 1 noyabr – Meksika 8 noyabr – Braziliya 22 noyabr – Vyetnam 29 noyabr – Bəhreyn 6 dekabr – Bəhreyn 13 dekabr – BƏƏ.

Qeyd edək ki, əvvəlki mərhələlər, o cümlədən Azərbaycan Qran-Prisi koronavirus səbəbindən baş tutmayıb. Bəzi yarışlar ləğv edilib, bəziləri təxirə salınıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=147339

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930