“Facebook”un rəhbəri reklam boykotu səbəbindən 7 milyard dollar itirdi

27.06.2020 - 15:59

“Facebook” korporasiyasının rəhbəri Mark Sukerberq bəzi kompaniyaların “Facebook”, “Instagram” və “Twitter” sosial şəbəkə platformalarında reklamlarını dayandırmasından sonra 7 milyard dollar itirib.

Virtualaz.org bildirir ki, bu barədə “ Bloomberg” məlumat yayıb.

Qeyd olunur ki, bir qədər əvvəl “Coca-Cola”, “Verizon”, “Unilever” kimi iri kompaniyalar “Facebook” və başqa populyar sosial şəbəkələrdə reklamlarını dayandırmaq qərarına gəliblər. Buna səbəb kimi sosial şəbəkə rəhbərliyinin irqçilik xarakterli məlumatların pozulması üçün yetərincə addım atmaması göstərilir. Aksiya ABŞ-ın nüfuzlu hüquq müdafiəsi təşkilatları tərəfindən də dəstəklənib.

“Facebook” sosial şəbəkələrində reklam yerləşdirilməsinə qoyulan boykotdan sonra kompaniyanın aksiyaları 8,3 faiz ucuzlaşıb. Nəticədə Mark Sukerberqin aktivlərinin qiyməti 7,21 milyard dollar aşağı düşərək 82,3 milyard dollar təşkil edib.

Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) kompaniyalar qrupunun Baş direktoru Bernar Arno “Bloomberg” agentliyinin tərtib etdiyi dünyanın ən varlı insanları siyahisinda Mark Sukerberqi dördüncü pilləyə sıxışdırıb. İlk üçlüyə, həmçinin “Amazon” korporasiyasının rəhbəri Ceff Bezos və “Microsoft” korporasiyasının banilərindən biri Bill Qeyts daxildir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=148843

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930