Azərbaycanda koronavirusla mübarizə aparan əsas həkimlərdən biri yoluxdu

09.07.2020 - 16:28

“Azərbaycan Tibb Universitetinin koronavirusa yoluxmuş Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin səhhəti birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xüsusi nəzarətə götürülüb”.

Bu barədə  TƏBİB-in şöbə müdiri Şükür Eyvazov məlumat verib.

O qeyd edib ki, hazırda C.Paşayevin səhhəti stabildir: “Hörmətli Birinci vitse-prezidentimiz onun səhhətini və müalicəsini xüsusi nəzarətə götürüb. Prezidentin köməkçisi Anar Ələkbərov da Mehriban xanımın tapşırığı ilə gündə bir neçə dəfə onun səhhəti ilə maraqlanır. Mən bir saat əvvəl Cavid Paşayevin yanında idim. O sərbəst nəfəs alır. Vəziyyəti də gündən-günə yaxşılaşır. Hazırda heç bir cihaza qoşulu deyil”.

***

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayev koronavirusa yoluxub.

Bu barədə “Qafqazinfo” məlumat yayıb.

Məlumata görə, Cavid Paşayev hazırda reanimasiya şöbəsindədir. Bildirilir ki, virus 3 gün ərzində onun bədənində inkişaf edib və Paşayevin ciyərinin əksəriyyəti zədələnib.

C.Paşayevin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumatda o da bildirilir ki, Cavid Paşayev koronavirus yayılmağa başlayan günlərdən onunla mübarizəyə qatılan ilk həkimlərdən olub. Onun 100-lərlə xəstənin sağalmasında rolu olub, həmişə insanları virusdan qorunmağa çağırıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=149559

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930