Qaradağda gecəyarısı Qarabağ aksiyası – İcra başçısı aksiyaçıların qarşısına çıxdı (FOTO)

13.07.2020 - 09:47

Bu gün gecə saatlarında Bakının Qaradağ rayonunda cəbhə bölgəsində vəziyyətin gərginləşməsi ilə bağlı aksiya keçirilib. Aksiyada “Qarabağ” şüarları səsləndirilib və yürüş keçirilib.

Polis yürüşün qarşısını alıb, bundan sonra isə Qaradağın icra başçısı Süleyman Mikayılov aksiyaçıların qarşısına çıxıb, onları dağılışmağa çağırıb. “Sizi başa düşürəm, çətindir, amma Ali Baş Komandanın əmrini gözləməliyik”, – icra başçısı aksiyaçılara müraciətlə bildirib.

S.Mikayılov polisə aksiyaçıları saxlamamaq göstərişini verərək ərazini tərk edib.

Bundan sonra aksiyaçılar ərazini tərk etməyə başlayıblar. Polis dağılışmaq tələbinə əməl etməyən bəzi aksiyaçıları saxlayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=149797

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930