Erməni dezinformatorlarının “Qaraqaya” postu barədə yalanları

16.07.2020 - 14:51

Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində döyüş əməliyyatlarının başlamasından bu yana erməni KİV-ləri Azərbaycan ordusunun həmin istiqamətdəki strateji “Qaraqaya” postunun ələ keçirildiyi barədə informasiyaları yaymaqdadır. Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi bir neçə dəfə bu dezinformasiyanı təkzib edib, ordumuzun heç bir mövqe itirmədiyini bildirib.

Bununla belə erməni dezinformasiyanın məqsədi aydındır ki, əhali arasında panika yaymaqdır. Çünki həmin strateji mövqedən Azərbaycan ərazisinin Tovuz istqamətində xeyli ərazisinə  nəzarət etmək mümkündür. Erməni dezinformatorları “mövqenin ələ keçirildiyinin sübutu” qismində guya “Qaraqaya”dan çəkilmiş birbaşa mənzərənin fotosunu paylaşırlar.

Hansı ki, həmin fotodakı tarixi silməyi unudublar, tarix isə 2018-ci il dekabrın 4-nü göstərir. Bununla belə sosial şəbəkələrin erməni seqmenti və YouTube kanalları durmadan həmin fotonu “sübut” kimi yaymaqdadır. Məsələn, belə YouTube kanallarından birində deyilir: “Erməni hərbçiləri müdafiə naziri David Tonoyanın taktikasına sadiq qalaraq düşmənin Tovuz rayonunun Ağdam kəndi istiqamətində yeni ərazilərini ələ keçiriblər”. Və ardınca həmin fotonu təqdim edib orada “erməni döyüşçülərinin tutduğu” yeni mövqedən Tovuz rayonuna mənzərəni nişan verirlər.

Erməni dezinformatorları ola bilsin tarix məsələsində səhv ediblər, amma fotoda dəqiq koordinatlar (+040°54′32.92″/045°30′ 50.72″) və həmin yerin hündürlüyü (1113м) əks olunur. Fotoaparatda isə bunu saxtalaşdırmaq mümkün deyil.

Azərbaycan mütəxəssisləri erməni ərazisindən çəkiliş həmin fotonun tarixini yoxlayıblar. Xəritədə müvafiq koordinatlarla dəqiq yer, habelə Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətindən keçən hissəsi göstərilir. Təqdim edilmiş topoqrafik xəritədə isə, belə xəritəni o cümlədən internetdə tapmaq olar, həmin zonadakı yüksəkliklər əksini tapır. Məlum olur ki, 1100 metrdən yuxarı yüksəkliklər məhz Ermənistan ərazisində yerləşir.

Virtualaz.org “Qaraqaya” yüksəkliyinin Azərbaycan ordusunun nəzarətində olduğunu nəinki hərbi qaynaqlardan, eləcə də həmin bölgədəki bir neçə mənbədən tam dəqiqləşdirib. Qeyd edək ki, erməni tərəfi “yeni mövqelərin tutulması” məsələsində bu cür yalanları əvvəllər də irəli sürüblər. Onlar 2016-cı ilin aprel döyüşlərindən sonra israrla heç bir ərazi itirmədiklərini günlərlə bəyan edirdilər. Nəhayət döyüşlərdən sonra tərəflərin mövqelərinin yeni düzülüşünə dair Google xəritələrinin yayılmasından sonra onlar “bir neçə yüz hektar”, daha sonra isə 2000 hektardan çox ərazini birbaşa itirdiklərini təsdiq etməli oldular.

Eləcə də 2018-ci ildə Naxçıvandakı Günnüt əməliyyatından sonra erməni tərəfi heç bir əraziyə nəzarəti əldən vermədiklərini, Azərbaycan ordusunun sərhəddə yeni strateji yüksəklik tutduğunu günlərlə bildirdilər. Nəhayət etiraf etdilər ki, Azərbaycan ordusu “mövqelərini irəli çəkib”. O cümlədən strateji əhəmiyyətli “Qızılqaya” yüksəkliyinin ordumuz tərəfindən tutulduğunu birbaşa görüntülər, sübutlar təqdim edilməyənə qədər etiraf etmirdilər.

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=150123

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930