cumhuriyyet.net
Qarabağda erməni meyitlərinin axtarışı dayandırıldı • Cumhuriyyət
II Qarabağ müharibəsində Xocavənd və Füzuli bölgələrində öldürülən erməni əsgərlərinin meyitlərinin axtarış əməliyyatı aramsız qar və çovğun səbəbindən dayandırılıb. Virtualaz.org-un erməni KİV-inə istinadən məlumatına görə, eyni istiqamətdə axtarışların sabah davam etdiriləcəyi gözlənilir. Qeyd edək ki, 14 noyabr 2020-ci ildən bəri Qarabağdakı döyüş meydanlarında 1499 erməni hərbçisinin meyiti tapılıb.
nesimi