Sabiq məmurlar bu qədər pensiya alır – Siyahı

01.04.2021 - 14:36
Sabiq məmurlar bu qədər pensiya alır - Siyahı
Azərbaycanda sabiq məmurların nə qədər pensiya alması hər kəsin marağında olan mövzudur. Dövlət qulluqçularına, o cümlədən sabiq nazirlərə pensiya təyinatı “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsi əsasında, yəni sığorta göstəriciləri nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr hesablanmaqla həyata keçirilir. Qulluq stajına münasibətdə onlara təyin olunmuş pensiyanın məbləğləri fərqli ola bilər.
Sabiq nazirlərin, məmurların və millət vəkillərinin bir neçəsinin təqaüd məbləğini təqdim edirik:
Sabiq baş nazir Novruz Məmmədov 1500 manat pensiya alır.
Baş nazirin sabiq müavini, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov 4000 manat təqaüd alır.
Baş nazirin sabiq müavini Abid Şərifovun pensiyası 3500 manatdır.
Baş nazirin sabiq müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənova 4000 manat pensiya təyin edilib.
Baş nazirin sabiq müavini Elçin Əfəndiyev 3500 manat pensiya alır.
Baş nazirin sabiq müavini, sabiq Kənd Təsərrüfatı naziri İsmət Abbasova 3500 manat təqaüd təyin edilib.
Sabiq Təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun təqaüdünün məbləği 2300 manatdır.
Bakı Dövlət Universitetinin eks-rektoru Abel Məhərrəmov 4000 manat pensiya alır.
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədova 3640 manat təqaüd təyin olunub.
Sabiq millət vəkili Ağacan Abıyev 2500 manat pensiya alır.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161878

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031