Şəhid Ziya Atanın xatirəsi anılıb

02.10.2021 - 11:32

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Kürdəmir rayon təşkilatının üzvləri şəhid Ziya Atanın (Ziyadxan Əliyev) məzarını ziyarət ediblər.

Ziyadxan Əliyev 12 yanvar 1997-ci ildə Kürdəmir rayonunun Carlı kəndində anadan olub. Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən olan Ziya Azərbaycan Texnik Universitetinin məzunu olub.
Ziya Ata 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı hərbi hospitalda müalicə alırmış. Həmin vaxt hərbi təcili tibbi yardım maşınında döyüş meydanından yaralı hərbçiləri daşımaq üçün əsgər lazım olur. Könüllü olaraq döyüş meydanına yollanan Ziya Ata, yaralı hərbçiləri təxliyyə edən zaman 1 oktyabrda Tərtər rayonunun Talış yüksəkliyi istiqamətində gedən döyüşlərdə erməni tərəfinin snayper gülləsi ilə şəhid olub. Ziya Ata ölümündən sonra “Vətən uğrunda” medalı ilə, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
VHP Kürdəmir rayon təşkilatının sədri Əliqulu Cəfərli Vətən Müharibəsində igid əsgər və zabitlərimizin şücaətindən, keçdikləri döyüş yolundan danışıb.
Əliqulu bəy qeyd edib ki, Ziya siyasi fəaliyyət göstərib. Gənc yaşından ölkənin siyasi həyatına qatılıb, insan hüquqları, siyasi və seçki azadlıqları uğrunda fəaliyyət göstərib. Ictimai-siyasi fəaliyyətində dövləti və xalqı üçün çalışıb, demokratiya uğrunda mübarizə aparan Ziya Ata Vətən Müharibəsi dönəmində vətən sevgisini sübuta yetirdi. O qısa ömründə əsl vətənpərvərlik nümunəsi göstərib.
Şəhid məzarını ziyarət edənlər şəhid Ziya Atanın vətənpərvərliyindən, vətənə olan məhəbbətindən söz açıblar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=167256

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930