Təbriz klubunun Tehranda möhtəşəm qələbəsi – VİDEO
İran Pro Liqasında 15-ci turun oyunları keçirilir. Sportarena.az xəbər verir ki, bu gün Təbrizin “Traktor Sazi” klubu növbəti oyununa çıxıb.
Cənubi Azərbaycan klubu səfərdə “Naft Tehran”ın qonağı olub. Matç Təbriz klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbədən sonra xallarını 30-a çatdıran “Traktor Sazi” turnir cədvəlinin 2-ci pilləsindəki yerini möhkəmlədib. Turnir cədvəlinə 32 xala “Persopolis” başçılıq edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=85177