Xətai DSMF-də Elçin Məmmədov maxinasiyaları

14.06.2017 - 15:24

Şöbə müdiri dövlət budcəsinə illərlə köçürülməli olan milyonlarala vəsaiti mənimsəyib

Son zamanlar Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələri ilə bağlı redaksyamıza ilginc məlumatlar daxil olmaqdadır. 7News.az-ın elektron ünvanına daxil olan son məlumat diqqətimizi çəkdiyindən onu oxucularımızın diqqətinə çatdırmaq qərarına gəldik. Uzun müddətdir ki, Xətai rayon DSMF-nə (birləşmiş idarəyə ) rəhbərlik edən Elçin Məmmədov rayon şöbəsində yaratdığı “komandanın” sayəsində dövlətin milyonlarını mənimsəyir. İldən ilə korrupsiya maxinasiyalarını çiçəkləndirən Elçin Məmmədova isə dur deyən yoxdur. Çünki birləşmiş idarənin müdiri hər dəfə ətrafına açıq şəkildə deyir ki, o Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rəhbərliyinə hər kəsdən çox hesab verir. Saytımıza daxil olan məlumata görə Elçin Məmmədovun Xətai DSMF-dəki “komandası” illərdir gizli şəkildə dövlət büdcəsinə köçürülməli olan milyonlarla manat vəsaitləri mənimsəyərək “kiçik oliqarxa” çevriliblər. Rayonun sosial müdafiə və sosial sığorta sistemini tamamilə ələ keçirən Elçin Məmmədov daha peşəkar şəkildə öz “işini” yürütməkdədir. Məlumatda qeyd olunur ki, müdir şöbənin bütün sektorlarına aylıq haqq qoymaqla yanaşı saxta əməliyyatlar da həyata keçirməkdə davam edir. Gəlirlər sektorunda əməliyyatlar əsasən belə aparılır. İşçi sayının gizlətmələri və tender arayışları kütləvi şəkildə saxtalaşdırılır və külli miqdarda vəsait mənimsənilir. Demək olar ki fiziki və hüquqi şəxslərin bütün papkaları DSMF- nin rayon şöbəsi müdrinin istəyinə uyğun yenidən yazılır. Fərdi uçotun təşkili sektoru isə staj hesabatlarının yazılışında pensiya sektorunun rəyini nəzərə alır. Burada əsas məsələ saxta pensiya təyinatların aparılmasına rəvac verməkdir. Pensiya təyinatı sektoru isə qanuni şəkildə pensiyaya çıxacaq şəxslərin sənədlərində əmma taparaq “hörmət” etmədikləri təqdirdə pensiya məbləğinin aşağı olacağı ilə bağlı hədələyirlər. Müqabilində isə ya nəğd pul, ya da 2 aylıq pensiya məbləğini pensiya inspektorları tərəfindən mənimsənilir. Məlumatda qeyd edilir ki, Elçin Məmmədov dəfələrlə ətrafına və yaxınlarına açıq şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirini Səlim Müslümovun yaxın qohumları ilə isti münasibətinin olduğunu və buna görədə onun toxunulmazlar siyahısına düşdüyünü deyir. Redaksiyamıza Elçin Məmmədovun Xətai rayonunda hansı obyektlərdən vəsait yığaraq mənimsəməsi və rayon DSMF şöbəsində baş verən ilginc hadisələrlə daxil olan məlumatları araşdırdıqdan sonra oxucularımıza təqdim edəcəyik.

cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=94617

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930