“Bizi Azərbaycana çətin səfər gözləyir” – Koke

14.09.2017 - 12:55

“İlk məqsədimiz qrupdan çıxmaqdır. Bizi “Roma” və “Çelsi” ilə ağır oyunlar, eləcə də Azərbaycana çətin səfər gözləyir”.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Atletiko”nun futbolçusu Koke deyib.

25 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Roma” ilə qolsuz bərabərə qaldıqları oyun barədə də danışıb: “Hesabı açmaq üçün lazım olan hər şeyi etdik. Ancaq ya rəqibin müdafiəçiləri, ya qapıçısı, ya da qapı tiri qol vurmağımıza mane oldu. “Roma” böyük komandadır. Onlara qarşı yaxşı oynasaq da, bu, üç xal qazanmaq üçün kifayət etmədi”.

Qeyd edək ki, “Atletiko”nu ÇL-in qrup mərhələsindəki rəqibləri “Çelsi”, “Roma” və “Qarabağ”dır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=99427

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930