Separatçılar Xocalıda təxribata cəhd etdi: Ordumuz dayandırdı
Sentyabrın 15-i saat 09:30-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Bu barədə Cumhuriyyet.net-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
“Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb”, – məlumatda qeyd edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=195710