Güləşçimiz erməniyə qalib gəldi
Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.
Cumhuriyyet.az xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı ermənistanlı Qraçya Poqosyanla qarşılaşıb.
Rəqibi üzərində 10:4 hesablı qələbə qazanan Məmmədov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=181752