Pele ilə futbola başladığı stadionda vida mərasimi keçirilir – FOTO

02.01.2023 - 19:37

Əfsanəvi braziliyalı futbolçu Pele ilə vida mərasimi keçirilir.

Cumhuriyyet.az CNNTürkə istinadən xəbər verir ki, mərasim “Santos” klubunun Urbano Kaldeira Stadionunda təşkil olunub.

Dünyanın hər yerindən milyonlarla insanın vida mesajı göndərdiyi Peleni son səfərində minlərlə insan tək qoymayıb.

19 il “Santos”da oynayan, Braziliya yığması ilə 3 dəfə Dünya Çempionatının qalibi olan və karyerasını “Nyu-York Kosmos”da başa vuran Peleni sonuncu dəfə görmək üçün azarkeşlər stadiona axışıb.

Stadionda Pele üçün hazırlanmış xüsusi muzey də ziyarətçilərin marağına səbəb olub.

Keçmiş futbolçunun cənazə maşını şəhərin küçələri ilə daşınacaq.

Qeyd edək ki, əfsanəvi futbolçu 82 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=186815

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930