Donald Gerye Azərbaycana qayıdır

03.01.2023 - 15:00

Hazırda Kiprin “Olimpiakos” klubunda forma geyinən Donald Gerye Azərbaycan Premyer Liqasına qayıda bilər.

Cumhuriyyet.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi “Sumqayıt”la ümumi razılıq əldə edib. Tərəflər futbolçunun azad agent olmasını gözləyir.

Kipr təmsilçisi ilə may ayına qədər müqaviləsi olan futbolçu klubla sözləşməsinə qarşılıqlı razılıqla xitam verməyə çalışır. Azad agent statusu aldıqdan sonra haitili futbolçu “Sumqayıt”la müqavilə imzalayacaq.

Məlumata görə, keçid yaxın günlərdə rəsmiləşəcək.

Qeyd edək ki, Donald Gerye 2017 – 2019-cu illərdə “Qarabağ”ın şərəfini qoruduqdan sonra “Neftçi”yə keçib. O, 2020/2021 mövsümünün əvvəlində Ağdam klubuna qayıdıb.(Sportlife.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=186906

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031