Ronaldonun bu hərəkəti ona baha başa gəldi

05.01.2023 - 12:34

Kristiano Ronaldonun yeni komandası – “Əl-Nəsr”də yanvarın 5-ə planlaşdırlan rəsmi debütü təxirə salınıb.

Cumhuriyyet.az Publika.az-a istinadən xəbər verir ki, 37 yaşlı futbolçu 2 oyunluq cəza səbəbindən klubun qarşıdakı oyunlarında iştirak edə bilməyəcək. Bu barədə “Deyli Meyl” məlumat yayıb.

Ronaldo bu səbəbdən “Əl-Nəsr”in yanvarın 5-də və 14-də keçiriləcək matçlarında oynamayacaq. Bildirilir ki, İngiltərə Futbol Assosiasiyası noyabrda portuqaliyalı hücumçunu apreldəki insidentə görə iki oyunluq diskvalifikasiya edib. Portuqaliyalı forvard cəzasını çəkməyib. Çünki onun barəsində qərar “Mançester Yunayted”lə müqaviləyə xitam verildikdən bir gün sonra verilib.

FİFA-nın qaydalarına əsasən, əvvəlki liqalarda cəza müddətinin sonuna kimi oynamayan futbolçular yeni çempionatda ilk oyunları buraxmalıdırlar. Bu o deməkdir ki, Ronaldo yanvarın 21-dək “Əl-Nəsr”də oynaya bilməyəcək. Həmin gün “kral klubu” “Əl-İttifaq”la qarşılaşacaq. Ciddi bir hadisə baş verməsə, Krişin yeni komandasındakı rəsmi debütü həmin görüşdə reallaşacaq.

Qeyd edək ki, portuqaliyalı futbolçu ötən mövsüm İngiltərə Premyer Liqasının 32-ci turunda “Everton”a uduzduqları matçdan (0:1) sonra paltardəyişmə otağına gedən zaman çəkiliş edən azarkeşlərdən birinin telefonunu sındırdığı üçün 2 oyunluq cəzalandırılmışdı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=187023

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930