“Qarabağ” Avropa Super Liqasında iştirak edə bilər

22.02.2023 - 20:05

“Qarabağ” Avropanın üç böyük klubu “Real”, “Barselona” (hər ikisi İspaniya) və “Yuventus”un (İtaliya) birgə layihəsi olan Avropa Super Liqasında iştirak edə bilər.

Cumhuriyyet.az-ın məlumatına görə, bu barədə Opta statistika platforması araşdırmasında bildirib.

Qeyd olunub ki, Avropa Super Liqasının təşkilatçıları qitənin 80 komandasının iştirakı ilə ənənəvi yarış təşkil etməyi planlaşdırır. Həmin klubların bir neçə liqaya bölünmələri və daxili birinciliklərindəki çıxışı davam etdirməklə yanaşı, Super Liqada da mövsüm ərzində minimum 14 oyun keçirmələri nəzərdə tutulub.

Təşkilatçılara seçimin “Opta”nın açıqladığı reytinqə əsasən aparılması və Avropanın ilk 80 pilləsində yer alan klublarının dəvət olunması təklif edilib. Təklif qəbul olunarsa, “Qarabağ” Azərbaycanın turnirdəki yeganə təmsilçisi ola bilər. Çünki Ağdam təmsilçisi “Opta”nın reytinqinə əsasən, hazırda dünyada 69-cu, Avropada isə 68-ci pillədə qərarlaşır. Bu halda MDB məkanından yalnız “Qarabağ”, eyni zamanda, Rusiyanın “Zenit” və Ukraynanın “Şaxtyor” (Donetsk) klubları Super Liqada mübarizə aparmaq imkanına malik olacaqlar.

Reytinqin ilk “80-liy”ində İngiltərə Premyer Liqasının 15 klubu yer alır. Almaniyanın 12, İspaniyanın 9, İtaliya və Fransanın isə 8 elita təmsilçisi bu siyahıya düşürlər. Ümumilikdə Avropanın “Top-5” liqalarının 52 klubu “80-lik”də qərarlaşır. Bu isə 65 faiz deməkdir.

Bundan başqa, Portuqaliya və Niderlandın 4, Belçikanın 3, Şotlandiya, Norveç və Serbiyanın 2 komandası “Opta” reytinqinin ən yaxşı 80 klubu sırasındadır. Azərbaycanla yanaşı, Avstriya, İsveçrə, Rusiya, Polşa, Ukrayna, Türkiyə, İsrail, Xorvatiya, Çexiya və Macarıstan isə Avropa Super Liqasında 1 komanda ilə təmsil oluna bilərlər. İndiki məqamda Türkiyədən yalnız “Fənərbağça” qitənin ən yaxşı 80 komandası arasındadır.

Qeyd edək ki, “Opta”nın açıqladığı reytinqdə dünyanın 13 151 komandası yer alıb. Azərbaycan Premyer Liqasında çıxış edən digər klublardan “Neftçi” 244-cü, “Sabah” 307-ci, “Zirə” 615-ci, “Qəbələ” 628-ci, “Turan Tovuz” 992-ci, “Sumqayıt” 1514-cü, “Şamaxı” 1556-cı, “Kəpəz” 1651-ci, “Səbail” isə 1731-ci pillədə qərarlaşıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=188633

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930