ÇL-də həftənin ən yaxşı oyunçusu açıqlandı
UEFA Çempionlar Liqası bu həftənin ən yaxşı futbolçusunu elan edib.
Cumhuriyyet.az xəbər verir ki, qurumun saytında azarkeşlər arasında keçirilən səsvermədə “Real”ın hücumçusu Vinisius Junior 1-ci olub. O, səsvermədə Lozano (“Napoli”), Riyad Mahrez (“Mançester Siti”) və Hakan Çalhanoğlunu (“İnter”) qapaqlayıb.
Qeyd edək ki, V.Junior Çempionlar Liqasının 1/8 finalında “Liverpul”a 5:2 hesabı ilə qalib gəldikləri ilk oyunda 2 qol vurub, 1 qolun ötürməsini verib.
Short URL: http://www.cumhuriyyet.net/?p=188888