Canni De Byazi hesabat verəcək
AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşib.
AFFA-dan Cumhuriyyet.az-a verilən məlumata görə, toplantı aprelin 13-də qurumun inzibati binasında keçiriləcək.
Saat 10:00-da başlayacaq iclasın gündəliyində duran əsas məsələ Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində keçirdiyi oyunlarla bağlı baş məşqçi Canni De Byazinin hesabatı olacaq.
Həmçinin digər məsələlər də müzakirəyə çıxarılacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=190715