“Tottenhem”in yeni baş məşqçisi bəlli olub

05.06.2023 - 20:39

İngiltərənin “Tottenhem” komandasının yeni baş məşqçisi bəlli olub.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, London klubunu bunadək Şotlandiya “Seltik”inə başçılıq edən Ange Postekoqlu çalışdıracaq.

Premyer Liqa təmsilçisi artıq 57 yaşlı mütəxəssislə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Təyinatın yaxın vaxtlarda açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Ange Postekoqlu 2021-ci ildən “Seltik”in sükanı arxasındadır. Qlazqo təmsilçisi avstriyalı mütəxəssisin rəhbərliyi altında geridə qalan mövsümdə ölkə çempionluğu, kuboku və Superkubokunu qazanıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=191906

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930