“Neftçi” – “Jelezniçar” oyununa biletlər tükəndi
UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Jelezniçar” oyunu üçün satışa çıxarılan bütün biletlər satılıb.
Bu barədə “ağ-qaralar”ın Mətbuat Xidməti məlumat yayıb.
Xatırladaq ki, matç üçün satışa səkkiz min bilet çıxarılıb.
Qeyd edək ki, bu gün “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Jelezniçar” görüşü saat 21:00-da start götürəcək. Komandalar arasında Bosniya və Herseqovinada baş tutan ilk oyunda qalib müəyyənləşməyib – 2:2.
Short URL: http://www.cumhuriyyet.net/?p=194156