Azərbaycan klubu qeyri-adi səbəbə görə cərimələndi

09.08.2023 - 13:30

“Araz-Naxçıvan” futbolçusunun adının düzgün yazılmamasına görə AFFA İntizam Komitəsi tərəfindən cərimələnib.

Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, Premyer Liqanın I turunda, “Turan Tovuz”la görüşdə Vanderson Melonun formasında qeyri-əlifba hərfindən istifadə edilməsi naxçıvanlıları 800 manat ziyana salıb.

“Səbail”lə səfər görüşündə azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi “Sumqayıt”ın 1500 manat cərimələnməsinə səbəb olub.

Bundan başqa, “Neftçi” ilə Gəncədəki qarşılaşmada yerli azarkeşlər tərəfindən meydana kənar əşya atılması “Kəpəz”in 800 manat cərimələnməsi ilə nəticələnib. Matç bitdikdən sonra meydana kənar şəxslər daxil olduğundan, “Kəpəz” daha 800 manat cəriməyə məruz qalıb.

“Sabah” – “Qəbələ” görüşündə isə oyun günü planının tələbləri pozulduğuna görə meydan sahibi komanda 1000 manat ziyana düşüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=194378

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930