Bitkoinin qiyməti 6 000 dollar həddini keçib

21.10.2017 - 09:27

Qlobal bazarda bitkoinin qiyməti 6 000 dollar səviyyəsini ötüb. “Report” xəbər verir ki, hazırda bitkoin dünənə nisbətən 320 dollar və ya 5,6% bahalaşaraq 6 015 dollara satılır.

Bir müddət əvvəl Çin, Rusiya və Avropa İttifaqı (Aİ) bitkoinin ilkin emissiyasına (IPO) qadağa qoyacağını bildirdikdən sonra bitkoinin qiyməti 2 həftə ərzində 40% azalma ilə 5 000 dollardan 3 000 dollara qədər geriləyib. Daha sonra isə Beynəlxalq Valyuta Fondu (IMF) kimi önəmli maliyyə təşkilatının bitkoinin legitimliyini tanımasını açıqlamasından sonra tələbin canlanması ilə yenidən yüksəlmə başlayıb.

Xatırladaq ki, beləliklə ilin əvvəlindən bitkoinin qiyməti 6 dəfə bahalaşıb. Bahalaşmanın davam edəcəyi gözlənilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=102019

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930