Hamının danışdığı Bitkoin… – PR, yoxsa?

14.12.2017 - 11:18

Tanınmış ekspert Natiq Cəfərli bir müddətdir müzakirələrə səbəb olan Bitkoinlə bağlı maraqlı məlumatlar paylaşıb.

“Qafqazinfo” həmin informasiyanı təqdim edir:

“Bu gün bütün dünyanın ən çox müzakirə etdiyi mövzulardan biri də Bitkoindir. Məsələni bilən-bilməyən, anlayan-anlamayan – hamı Bitkoini müzakirə edir. Dəfələrlə mediaya açıqlamalarımda bu yatırıma inanmadığımı, bunun “şar”, gözəl düşünülmüş, görünməz, əla PR menecerləri olan qlobal piramida olduğunu demişəm, bu gün də o fikirdəyəm.
İqtisadiyyatın qanunlarına görə hər hansı bir malın-xidmətin dəyəri, əsasən, iki faktora bağlıdır:

1) Maya dəyəri,

2) Tələb-təklif münasibəti.

Bitkoinin dəyəri isə tək spekulyativ xəbər axınına əsaslanır, ancaq süni tələb artışı ilə yüksəlir.

Xəbər axını Bitkoinin qiymətində həlledici rol oynayır. Bu “valyuta” tərəfdarları Bitkoinin qiymət artımına haqq qazandıracaq səbəblərdən biri kimi onu misal gətirirlər ki, müxtəlif məşhur brendlər artıq ödəniş kimi Bitcoin qəbul edirlər. Ən məşhur arqumentlərdən biri də 2017-ci ilin yayından etibarən məşhur “Lamborghini” avtomobil şirkətinin öz maşınlarını həm də Bitkoinlə satdığı misalıdır.

Əslində, məsələ çox sadə və dahiyanədir: Son 1 ildə dünya mediasında keçirilən kontent-analizə görə ən çox işlənilən 10 sözdən biri Bitkoindir. Bu “valyutanın” adı keçın istənilən xəbər milyonlarla tirajlanır. “Lamborghini” şirkətinin illik media reklamı büdcəsi 20 mln. avrodur, həmin pula şirkət reklam çarxları və posterləri istehsal edib, mediada yaymalıdırlar. Amma şirkətin ağıllı PR menecerləri “Lamborghini” maşınlarının Bitkoinlə satışı haqqında qərar verir, doğrudan da 1-2 maşını Bitkoinlə satır və nəticədə bu xəbər – “Lamborghini”-nin adı keçın xəbərlər dünyanın minlərlə media orqanlarında yayılaraq yüzmilyonlarla əhaliyə çatır. Əla gedişdir! Bravo! Bütün brendlərin Bitkoinlə satış haqqındakı verdikləri qərarlar məhz bu effektə hesablanıb! Reklam və PR dərsliklərinə düşəcək gedişdir, çox bəyəndim, amma bunun Bitkoinə olan güvənlə aşağıdan-yuxarıdan əlaqəsi yoxdur”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=107311

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930