Əliyevlərin holdinqi ziyanla işləyib?

11.08.2014 - 12:26

“ATAHolding”in 2013-cü il üçün maliyyə hesabatında şübhəli məqamlar

Azərbaycanın məşhur şirkətlər qrupundan olan “ATAHolding” ASC 2013-cü
il üçün maliyyə hesabatını açıqlayıb. Sənədə əsasən, şirkətin balans
mənfəəti 2 mln 567,3 min manat olub. Bu, 2008-ci ildən holdinqin ilk
nominal mənfəətidir.

Deloitte&Touche şirkətinin auditor rəyinə əsasən, 1 yanvar
2014-cü il üçün “ATAHolding” ödənilməmiş ziyanı 41 mln manatı keçib.
Holdinqin ümumi kapitalı 73 mln manatdan bir qədər çoxdur. 2013-cü ildə
“ATAholding” ASC-nin aktivləri 315,5 mln-dan 436,5 mln manat artıb.

Ötən il şirkətlər qrupu törəmə strukturlarından birinə
(“Zəyəmkəndmaş”) nəzarəti itirib, bu zaman əlavə pul vəsaiti əldə
etməyib.

Holdinq 2003-cü ildə yaradılıb. Buraya bir neçə maliyyə strukturu
(“AtaBank” “AtaSığorta”, “AtaLizinq”), turizm, IKT, sənaye şirkəti
daxildir. Qrup Bank VTB- (Azərbaycan)da 49% paya malikdir.

Bu il səhmdarlar nizamnamə kapitalını 100 mln manata çatdırıb.
Təsisçiləri 3 xarici şirkətdir. Onlara Azərbaycan prezidentinin qızları
nəzarət edir.

Məlumatda diqqət çəkən məqam iri holdinqin son 6 ildə ilk dəfə
mənfəət əldə etməsidir. Hakim ailənin üzvlərinə məxsus holdinqin ötən
illər ərzində mənfəətsiz işləməyi heç bir məntiqə sığmır.

Hakimiyyətə qarşı müxalif mövqedə dayanan qeyri-hökumət
təşkilatlarını, insan hüquqlarının müdafiəsi ilə məşğul olan şəxsləri
vergidən yayınmaqda ittiham edən hakimiyyət oliqarxlara məxsus iri
holdinqlərin ziyanla işləməsini araşdırsa, daha yaxşı olar. Belə
vəziyyət təkcə  “AtaHolding”lə bağlı deyil, eyni zamanda digər iri
şirkətlərin də ziyanla işləməsinə dair ara-sıra məlumatlar açıqlanır.
Dövriyyəsi milyonlarla manatla ölçülən holdinqlərin mənfəətlərini az
göstərməsi, yaxud ziyanla işlədiyini açıqlaması ilk növbədə vergidən
yayınmaq məqsədi daşıyır. Lakin bu, nədənsə Vergilər Nazirliyi və digər
müvafiq qurumların diqqətindən kənarda qalır.

Afiq Muradov

Short URL: http://www.cumhuriyyet.net/?p=10808

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728