İpoteka ilə bağlı növbəti biyabırçı fakt

11.08.2014 - 12:31

Ipoteka kreditlərinin hamısı Bakının payına düşür 

Yanvar-iyulda ipoteka kreditləşməsinin həcmi 62,2 mln manat, ötən
ilin eyni dövründə 64,2 mln manat olub. Kreditlərin hamısı Bakının
payına düşür. Bu məlumatı Mərkəzi Bank yayıb. AMB-nin məlumatına görə,
hesabat dövründə orta ipoteka kreditinin həcmi 39 min 905,4 manat (1
iyul 2013-cü ildə 39,47 min manat), orta aylıq ödəniş 318,5 manat, ötən
il isə 319,9 manat olub. 

Kteditlər üzrə dərəcə cüzi azalıb – 6,88 faizdən 6,82 faizə. Artım
tempində azalma (- 3,1%) yüksək dərəcə ilə bağlıdır – sosial ipoteka
üzrə 4, başqa ipoteka üzrə Гїisə 8 faizdir. Müqayisə üçün Çexiyada orta
dərəcə 2,95%-dir. Amma nəzərə alaq ki, Praqada mənzillərin qiyməti xeyli
bahadır.

Samir Əliyev: “ipotekanınГї inkişaf etməməsinin əsas səbəbi ilkin ödənişin yüksək olmasıdır”

Iqtisadçı Samir Əliyev “Turan”a açıqlamasında
bildirib ki, iqtisadiyyatın indiki vəziyyəti üçün 8 faizdir  pis dərəcə
deyil. Özəl bankların imkanı olsa, onu ikiqat artırar. Amma əhali indiki
şərtlərlə kütləvi şəkildə ipoteka krediti götürə bilmir: “Milli Bankın
məsul işçiləri bildirir ki, əhalinin imkanlarının yavaş öyərnilməsində
məqsəd əhalinin tələbatı ilə bankların oprtfelinin təhlükəsizliyinin
qorunması üçün balans yaratmaqdır.ГїIpotekaГїkreditləşməsi başlayandan
(2006-cı ilin yanvarı) 543,55 mln manat ipoteka krediti verilib.Гї
IpotekaГї kreditləri Azərbaycan vətəndaşlarına, 50 min manata qədər, 25
ilədək müddətə, illik 8%-dən çox olmamaqla verilir. Güzəştli kreditlər
50 min manatadək, 30 ilə qədər müddətə, illik 4%-dək dərəcə ilə verilir.
Ipotekanın Гїinkişaf etməməsinin əsas səbəbi ilkin ödənişin yüksək
olmasıdır. Sosial ipotekada o, 15, adi ipotekada 20%-dir. Yəni 50 min
manatlıq mənzil almaq üçün banka 7,5-10 min manat ödəmək lazımdır.ГїBu
gün belə mənzil və onu almaq istəyən çoxdurmu?Гї Ipoteka
Гїkreditləşməsinin əsas şərtləri bunlardır: kreditlər manatla, Azərbaycan
vətəndaşlarına verilir. Kreditlə mənzil və xüsusi ev almaq olar. Kredit
səviyyəsi bazar qiymətinin 80%-i keçmir. Kredit üzrə aylıq ödəniş
borcalanın aylıq gəlirinin 70%-i keçməməlidir. Həyat sığortası
icbaridir. Hazırda AIF-in agentləri 28 bankdır 21 sığorta şirkəti və 11
qiymətləndirmə şirkəti də ipoteka bazarının iştirakçısıdır”.

Açıqlanan rəqəmlər əslində Azərbaycandakı acınacaqlı durumu ortaya
qoyur. Ipoteka kreditlərinin yalnız paytaxtı əhatə etməsi və yalnız cüzi
kəsim üçün əl çatan olması ölkə reallıqlarını göstərir.

Nemət Əliyev: “Bu gün ipoteka gərəksiz alətə çevrilib”

Azərbaycan hakimiyyətinin ipoteka mexanizmindən faydalı məqsədlər üçün istifadə edə bilmədiyini deyən iqtisadçı Nemət Əliyev hesab edir ki, ipoteka siyasəti ağır sosial durumda olan şəxslərin
problemlərini həll etməyə hesablanmalı idi: “Düşünülürdü ki, mənzili
olmayanlar bu kreditlərdən istifadə edərək mənzil sahibi olacaqlar.
Ümumi vəziyyəti təhlil etsək görərik ki, hakimiyyət məhz bu mexanizmi
gözdən saldı. Bu gün bu mexanizm gərəksiz alətə çevrilib. Verilmiş
kreditlərin yalnız Bakı şəhərini ahətə etməsinə gəlincə isə, bu onu
göstərir ki, Azərbaycanda həmin ipoteka kreditlərinə əl çatmır. Ipoteka
kreditlərindən çox az bir qism faydalana bilir. Ümumiyyətlə bir zamanlar
belə bir vəziyyət yaranmışdı ki, kreditlərdən heç kim istifadə edə
bilmirdi. Problem banklara zənglər vasitəsilə həll olunurdu ki, ayda bu
qədər ipoteka krediti verməlisən”.

Əhalinin dolanışığ səviyyəsinə görə Bakı ilə regionlar arasında
kəskin fərqlərin olduğunu deyən N.Əliyev bildirdi ki, əhalinin kənd
rayonlarında gəlirləri kifayət qədər aşağıdır. “Bakıda əhalinin sosial
durumu kənd rayonlarına nisbətən daha yüksək olduğundan ipoteka
kreditləri yalnız paytaxtda paylanıb. Kəndlərdə yaşayanlar ipotekadan
ona görə yararlana bilmirlər ki, həm şərtlər ağırdır, həm də əhalinin
sosial durumu aşağıdır. Əhalinin gəlir mexanizmi işləmir. Əhali əldə
etdiyi cüzi gəlirlər yalnız minimum ehtiyaclarını ödəyirlər”, deyə
N.Əliyev vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=10809

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31